CONSTRUCTION SYSTEMS

DECORATIVE FACADE COATINGS BASED MINERAL

ADMIXTURE SYSTEMS

"İzoFaslastik" qoruyucu fasad boyası

"İzoFaslastik" qoruyucu fasad boyası

Product consumption calculator


Preorder


Print


İstifadə sahələri

İzoFaslastik 100%-li akril polimeri əsaslı, dəmir-beton və suvaqlı səthlər üçün yaradılmış, birkomponentli, yüksək qoruyucu xüsusiyyətlərə malik elastomerli xarici səth boyasıdır. Dəmir-beton konstruksiyaları və birləşmələri donvurmadan, karbonatlaşmadan və müxtəlif duzların təsirlərindən qoruyan xüsüsi fasad boyasıdır. TŞ AZS 31 43498-05-2005 standartına uyğundur.

Texniki xüsusiyyətləri

Bu boyadan:

  • xarici məkanlarda və yerin səthindəki şaquli qurğularda;
  • bina, villa, fabrik (zavod) və otellərin fasadlarında və istilik sistemlərində;
  • beton, dəmir-beton, suvaq, kərpic üzərində, daş səthlərdə son səth dekorativ qoruyucu örtük olaraq istifadə olunur.

Üstünlükləri

  • 24 saat ərzində 98% elastiklik əldə edilir;
  • donmaya və əriməyə davamlıdır;
  • yüksək davamlılıq qabiliyyətinə malikdir;
  • buxar keçiricidir;
  • çəkildiyi səthin asanlıqla qurumasını təmin edir;
  • istifadəyə hazırdır və tətbiq olunması olduqca asandır;
  • İzoFaslastik hamar və düzgün quruluşlu səth əmələ gətirir.

İstifadə qaydaları

Səthin hazırlanması. Məhsulun çəkiləcəyi səthin sağlam, quru, davamlı, tozsuz, təmiz və eyni zamanda düzgün olmasına diqqət edilməlidir. Səth yapışmanı zəiflədən hər növ yağ, pas və parafin qalıqlarından tamamilə təmizlənməli və səthdə sallanan hissəciklər olmamalıdır. Hamar olmayan səthlərdə müvafiq Filkret təmir qarışığı və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli təmir qarışığından istifadə olunmalıdır. Yeni suvaqların və dəmir-beton səthlərin üzərində tətbiq olunduqda 28 günlük sərtləşmə müddətinin bitməsini gözləmək lazımdır.

Qarışığın hazırlanması. İzoFaslastik izolyasiya boyasını istifadə etməzdən əvvəl 400-600 dövr/dəqiqəlik qarışdırıcı qurğu vasitəsilə qarışdırın. İzoFaslastik məhsuluna qətiyyən su əlavə etməyin. Astar qismində səthə 2 qat BİNMADER astar və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli məhsul çəkin, sonra isə İzoFaslastik və ya standartlara uyğun istehsal edilmiş bu tipli digər məhsulla müvafiq rəngsaz malası vasitəsilə astarlanmış səthə tətbiq edin. İzoFaslastik məhsulunun ağ və ya boz rəngini digər rənglərlə 1/1-1/2 və 1/3 nisbətlərində qarışdırmaqla müxtəlif rəng növləri əldə edilə bilər.

Tətbiqi. BİNMADER astar  və ya standartlara uyğun istehsal olunmuş digər bu tipli məhsul çəkilmiş səthlərə 4-6 saatdan sonra İzoFaslastik müvafiq vərdənə və püskürtmə qurğusu vasitəsilə 2 mərhələdə çəkilir. 1-ci mərhələ (2 qat vurulur) bitəndən 5-6 saat sonra 2-ci mərhələ (2 qat vurulur) başlanır və beləliklə, prosses sona çatmış olur.

Tövsiyələr. İstifadə olunan mühitin və səthin temperaturu +50C–dən aşağı və ya +300C-dən yuxarı olarsa, müvafiq temperatur təmin olunmalıdır. Tətbiq olunan məhsul ilk sutka ərzində yağışdan və donvurmadan qorunmalıdır. İzoFaslastik lazım olan hallarda möhkəm və köhnə boyalı səthlər üzərinə çəkilə bilər. Belə hallarda mövcud boyanın yapışma qabiliyyəti yoxlanılmalıdır. Qatlar arasındakı quruma müddətinə diqqət edilməlidir. Məhsul istifadə edilib qurtardıqdan sonra alət və ləvazimatlar su ilə təmizlənməlidir.

Texniki göstəricilər

Rəngi

ağ; boz

İstifadə temperaturu

+50 C - +300 C

Maddənin qatılıq dərəcəsi

65 %

Həcm kütləsi

1,2 kq/litr

Dartılmaya davamlılığı:

  • 45 aydan sonra

 

2 N/mm2

İstifadə müddəti

3 saat

Uzanma, maksimal dartınma

145%

Qopma dartınması

155%

Qablaşdırma

20 kq-lıq plastik qablarda

Sərfiyyat

  • Karbonatlaşmaya qarşı qoruyucu təbəqə yaratmaq üçün lazım olan minimal qalınlıq:
  • İzoFaslastik – 200-300 mikron
  • İzoFaslastik – 400 mikron (bu qalınlığı əldə etmək üçün səthə 2 qat çəkilməlidir).
  • I mərhələ: 2 qat 0,56 kq/m2
  • II mərhələ: 2 qat 0,8 kq/m2

Saxlama müddəti və qaydası

Açılmamış qablarda quru şəraitdə 24 ay saxlanıla bilər.

Xəbərdarlıqlar

  • məhsuldan istifadə zamanı işin və işçinin təhlükəsizliyi qaydalarına riayət olunmaqla, müvafiq iş paltarı, qoruyucu əlcək, eynək və maskadan istifadə edin;
  • məhsulun allergiya və qaşınma kimi təsirlərini nəzərə alaraq, komponentlərin dəriyə və gözə təmas etməməsinə diqqət edin, dəriyə və gözə təmas olarsa, dərhal çoxlu miqdarda su və sabunla yuyun;
  • əgər məhsulun udulması halı baş verərsə, dərhal həkimə müraciət edin;
  • məhsulun istifadə edildiyi yerlərə ərzaq qoymayın;
  • uşaqların əli çatmayan yerlərdə saxlayın.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Mətanət A" şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!